CƏMİYYƏT


“Google” öz sosial şəbəkəsini bağlayır

Bakı, 9 oktyabr, AZƏRTAC

“Google” şirkəti fərdi istifadəçilər üçün istifadəyə verdiyi “Google+” sosial şəbəkəsini bağlayır.

AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, şirkətin bu addımı sosial şəbəkənin populyarlığının az olması ilə bağlıdır.

Şirkətin məlumatında qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri öz məlumatlarını on ay müddətində digər platformalara köçürə bilərlər. “Google+” sosial şəbəkəsi tam olaraq öz fəaliyyətini 2019-cu ilin avqustunda dayandıracaq.

“Google+” 2011-ci ildə “Google Profiles” xidmətinin bazasında istifadəyə verilib. 2012-ci ildən etibarən 13 yaşından yuxarı bütün istifadəçilər bu sosial şəbəkədə sərbəst şəkildə qeydiyyatdan keçə bilib. Şirkət bundan əvvəl açdığı “Orkut” adlı sosial şəbəkəni də 2014-cü ildə eyni səbəbdən bağlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.