DÜNYA


“Google” şirkəti “Allo” messencerinin işini rəsmən dayandırıb

Bakı, 16 mart, AZƏRTAC

"Google" şirkəti "Allo" messencerinin işini rəsmən dayandırıb. Şirkət müvafiq məlumatı xidmətin rəsmi səhifəsində yerləşdirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təəssüf ki, "Allo" messencerinin əvəzetməsi hələ hazır deyil, "Android" sistemində mesajlarla mübadilə sistemi isə hazırda messencerlərdə istifadə edilən lazımi funksiyalar dəstinə malik deyil.

Xatırladaq ki, "Google" şirkəti mesajlarla mübadilə üçün nəzərdə tutulmuş "Allo" mobil proqramını 2016-cı ilin sentyabrında təqdim etmişdi. Şirkət 2019-cu ilin dekabrında layihəni bağlamaq niyyəti haqqında məlumat vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.