ELM VƏ TƏHSİL


“Google” tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq

Bakı, 18 aprel, AZƏRTAC

“Google” şirkəti ən yeni texnologiyalardan istifadə etməklə tarixi abidələrin qorunması üzrə layihəyə başlayacaq. Tezliklə şəbəkədə məşhur tikililərin ilk 3D-modelləri yerləşdiriləcək.

AZƏRTAC belta.by saytına istinadla xəbər verir ki, şirkət “Open Heritage” layihəsini “Google Arts & Culture” proqramı əsasında “CyArk” şirkəti ilə birgə hazırlayır. Mütəxəssislər üçölçülü modelləri lazer skanerlərinin köməyi ilə yaradacaq, sonra proqramın bazasına yükləyəcəklər. 3D-modellərin arxivinə mobil proqram və internet vasitəsilə daxil olmaq mümkün olacaq.

İstehsalçıların sözlərinə görə, müasir texnologiyalar tarixi abidələri ətraflı təsvir etməyə imkan verir. 3D-modellər, hətta rəng və tekstur kimi ən xırda detalları belə ötürə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.