CƏBHƏ XƏBƏRLƏRİ


Goranboy ağsaqqalı: Beynəlxalq təşkilatlar erməni faşistlərin azərbaycanlı dinc əhalini hədəf almasına nə üçün susurlar?

Goranboy, 13 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC

Ermənistan ordusu sentyabrın 27-dən bəri bizim dədə-baba torpaqlarımızı yenidən iriçaplı silahlardan və beynəlxalq konvensiya ilə qadağan olunmuş bombalardan atəşə tutmağa başlayıb. Onlar əsgərlərimizlə üz-üzə döyüşməkdən qaçırlar deyə, dinc sakinləri hədəf alır, evlərimizi dağıdır. Amma nədənsə beynəlxalq təşkilatlar buna reaksiya vermirlər. Nəyə görə?

Bunu AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə açıqlamasında Goranboy rayon ağsaqqalı Firuni Cəmşid deyib.

F.Cəmşid bildirib ki, goranboylular Prezident İlham Əliyevə, ordumuza arxalanırlar: “Mənim 76 yaşım var, indi də döyüşə getməyə hazıram. Allah ordumuza yar olsun. Allah da bizimlədir. Çünki biz haqq yolundayıq. Biz işğal altındakı torpaqlarımızı azad etmək istəyirik. Prezident İlham Əliyevin dediyi kimi, bizim mülki əhali ilə işimiz yoxdur. Onu da deyim ki, Ali Baş Komandan oktyabrın 9-da xalqa müraciətində Ermənistanın baş naziri Nikol Paşinyana bir daha öz yerini göstərdi. Ali Baş Komandanımızın dediyi kimi, düşmən ölkənin baş naziri özünü itirmiş vəziyyətdədir. Azərbaycan Prezidentinin qarşısında çarəsiz qalan Paşinyan müxtəlif ölkələrin dövlət-hökumət başçılarına zəng edir, yalvarır, kömək istəyir. Nəhayət Azərbaycan Ermənistana son şans verərək, humanitar atəşkəs əldə olundu. Amma faşist ermənilər bu atəşkəsi kobudcasına pozaraq yenə də dinc əhalini hədəf aldı, Gəncəni atəşə tutdu. Amma bu, bizləri qorxutmur. Mən əminəm ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.