REGİONLAR


Goranboy məktəblisi: Multikulturalizm və tolerantlıq ənənəsi bu gün də yaşadılır

Quba, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC 

Goranboydan 50-yə yaxın şagird tur-aksiyaya qoşulmuşuq. Bu gün Qubada Qudyalçayın üzərindəki Tağlı körpü, dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə ilə tanış olduq. Qəsəbədə öyrəndik ki, uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində sinaqoqlar inşa olunub. Söylənilən məlumatlar mənə çox maraqlı gəldi. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub və bu ənənə bu gün də yaşadılır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Fərqanə Kərimova söyləyib.

Goranboy rayon Səfikürd kənd tam orta məktəbinin X sinif şagirdi deyib: “Gəzdiyimiz rayonların tarixi yerləri, təbiət mənzərələri, həm də yeni infrastruktur layihələri ilə tanış olmaq imkanı qazanırıq. Biz maraqlı məkanları gəzdikdən sonra axşamlar bir yerə toplaşıb intellektual oyunlar oynayırıq. Tur-aksiyanın hər günü bizim üçün faydalı keçir. Şimal bölgəsinə ekskursiyada iştirak etdiyimə görə çox şadam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.