CƏMİYYƏT


Goranboy rayonunda çoxmənzilli fin tipli yaşayış evində beş mənzil yanıb

Bakı, 2 dekabr, AZƏRTAC

Goranboy rayonunun Kürəkçay qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Goranboy rayon dövlət yanğından mühafizə hissəsindən 20 kilometr məsafədə ümumi sahəsi 525 kvadratmetr olan birmərtəbəli çoxmənzilli fin tipli evdə ayrı-ayrı vətəndaşlara məxsus beş mənzilin konstruksiyaları və dam örtüyü 249 kvadratmetr sahədə yanıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə zamanı yanğınsöndürənlər mənzil sahiblərindən birinin - 1974-cü il təvəllüdlü Verdiyev Altay Paşa oğlunun yanmış cəsədini aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər. Bir nəfər isə yanıq xəsarətləri alıb.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.