CƏMİYYƏT
Goranboy rayonunda həmkəndlisinə odlu silahla xəsarət yetirən şəxs barəsində cinayət işi başlanıb
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 25-i saat 16 radələrində Goranboy rayon sakini Məharət İbrahimova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Goranboy Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Rahib Hacıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Məharət İbrahimovu qəsdən öldürməyə cəhd göstərdiyi müəyyən olunub.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Rahib Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq davam edir.