CƏMİYYƏT


Goranboy rayonunda yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü saxlanılıb

Bakı, 24 iyul, AZƏRTAC

Goranboy rayon sakini Ziyəddin Rüstəmovun iyulun 20-də avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla piyadanın axşam saatlarında rayonun Xanqərvənd kəndində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Həkimlərin səyinə baxmayaraq, xəsarət almış şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ 21103” markalı avtomobillə törədilməsi müəyyənləşdirilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən nəqliyyat vasitəsinin sürücüsü - Mingəçevir sakini Kamal Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.