REGİONLAR


Goranboyda 6 min il bundan əvvələ aid çoxtəbəqəli yaşayış məntəqəsi aşkarlanıb

Goranboy, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Goranboy rayonunun Qaraçinar kəndi ərazisində arxeoloji qazıntı işləri aparıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 19-dan iyulun 8-dək aparılmış arxeoloji qazıntılar zamanı İlk Tunc, Antik və Orta Əsrlər dövrünə aid “Qaraçinar” çoxtəbəqəli yaşayış məntəqəsi aşkar edilib.

Qazıntı işlərində yerli arxeoloqlarla yanaşı, italiyalı arxeoloq Palumbi Cuilio da iştirak edib. Qazıntı işlərinin aparıldığı iki mədəni təbəqədə Erkən Tunc dövrünə aid kərpic divar qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, saxsı qab hissələri və daşdan hazırlanmış əmək alətləri aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.