REGİONLAR


Goranboyda COVID-19 əleyhinə 77 549 doza peyvənd vurulub

Goranboy, 13 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Goranboy rayonunda da vaksinasiya prosesi davam etdirilir.

Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu günə kimi rayonda 77549 doza peyvənd vurulub, bunun 45923-ü 1-ci dozadır.

Vaksinasiya rayon Mərkəzi Xəstəxanası, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə və Xan Qərvənd kənd xəstəxanalarında aparılmaqla yanaşı, qrafik üzrə yaşayış məntəqələrində səyyar olaraq da keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.