REGİONLAR
Goranboyda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş futbol turniri təşkil edilib

Bakı, 7 iyun, AZƏRTAC
Goranboy rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin bağlanış mərasimində 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, qazilər, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anar Məmmədov turnir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Bildirib ki, Ümummilli Liderin bu sahəyə diqqəti Azərbaycanda gənclərimizin sağlam və vətənpərvər ruhda yetişməsinə rəvac verib.
Milli Məclisin deputatı vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın bayrağı beynəlxalq kürsülərdə dalğalanır və idmançılarımız saysız-hesabsız uğurlara imza atırlar.
Sonda qaliblərə mükafatlar təqdim olunub.