CƏMİYYƏT


Goranboyda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Goranboy rayonunun Kəhrizli kəndində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov İkinci Qarabağ müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi hesabına, şəhidlərimizin qanı-canı bahasına ölkəmizin mənfur düşmən üzərində Qələbə qazanmasından danışıb. Bütün qazilərin, şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

Milli Məclisin deputatı görüşdə, həmçinin qazilərin gündəlik üzləşdikləri problemləri dinləyərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.

Sonda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalları qazilərə təqdim olunub.

Qazilər də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.