CƏMİYYƏT


Goranboyda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həlak olub

Bakı, 15 sentyabr, AZƏRTAC

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində Qaraçinar kənd sakini Araz Hümbətov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Sonradan avtomobil yaxınlıqdakı daş hasara çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Xocalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.