REGİONLAR


Goranboyda istixana şəraitində tərəvəz yetişdirilməsinə maraq artıb

Goranboy, 16 mart, Rauf Hacıyev, AZƏRTAC

Goranboy rayonun bir sıra yaşayış məntəqələrində tərəvəzçilik artıq ixtisaslaşmış sahə kimi xarakterizə olunur. Xüsusilə kənd sakinlərinin daha çox gəlir gətirən xiyar və pomidor məhsullarının yetişdirilməsinə marağı çoxalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə artıq rayonda sahəsi 59260 kvadratmetr olan 17 istilikxana fəaliyyət göstərir.

Bu il qeyri-hökumət təşkilatının maliyyə dəstəyi ilə Kələk kəndində hər birinin sahəsi 100 kvadratmetr olan 15 ədəd istilikxana quraşdırılaraq istifadəyə verilib.

Hazırda Qızılhacılı qəsəbəsində 5 hektar sahədə, Səmədabad kəndində isə 1,5 hektar sahədə istilikxana tikintisi başa çatmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.