CƏMİYYƏT


Goranboyda şəhid Eldar Baxşıyevin xatirəsi anılıb

Bakı, 2 avqust, AZƏRTAC

Goranboy rayonunun Düzqışlaq kəndində Vətən müharibəsi şəhidi Baxşıyev Eldar Sultan oğlunun xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak ediblər.

Milli Məclisin deputatı Azərbaycan Ordusunun qüdrətindən, əsgər və zabitlərimizin döyüşlər zamanı göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətənpərvər oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

Görüş iştirakçıları daha sonra şəhidin adını daşıyan küçəyə gedərək, xatirəsini ehtiramla yad edib, barelyefi önünə gül dəstələri düzüblər.

Eldar Baxşıyevin valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.