CƏMİYYƏT


Goranboyda şəhid məzarları ziyarət olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq Goranboy rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

AZƏRTAC xəbər verir ki, növbəti dəfə Goranboy rayonu Baxçakürd kəndində Birinci Qarabağ və Vətən müharibəsində canlarından keçən şəhid övladlarının məzarları Milli Məclisin deputatı Anar Məmmədov, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilat rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunub. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ziyarətçilər şəhidlərin parlaq xatirələrinə sonsuz ehtiramlarını bildiriblər, məzarları önünə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar.

Şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları qəhrəman vətən övladları ilə bağlı xatirələrini bölüşüblər.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov çıxış edərək bildiriblər ki, torpağı qanı ilə vətən edən oğullarımız daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.