CƏMİYYƏT


Goranboyda üç tona yaxın çətənə kolu məhv edilib

Bakı, 16 avqust, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7586 çətənə kolu aşkarlayıblar.

Həmin çətənə kolları məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.