CƏMİYYƏT


Goranboyda və paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 19 sentyabr, AZƏRTAC 

Goranboy və paytaxtın Nizami rayonları ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy rayonunun Balakürd kəndi ərazisində Tərtər rayon sakini T.Allahverdiyevin idarə etdiyi “BMW” markalı avtomobil aşıb. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Paytaxtın Nizami rayonunun ərazisində, H.Əliyev prospektində yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.