REGİONLAR


Goranboyun iki kəndi qazla təmin olunub

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə rayon rəhbərliyi və İctimai Birliyin nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

Həmçinin nəzərə çatdırılıb ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.