SİYASƏT


Gördüyümüz bütün işlərdə Britaniya ilə Azərbaycan arasında körpü rolunu oynamaq əsas məqsədlərdəndir

Gördüyümüz bütün işlərdə Britaniya ilə Azərbaycan  arasında körpü rolunu oynamaq əsas məqsədlərdəndir

London, 31 oktyabr, AZƏRTAC

Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında keçirilən ənənəvi görüşdə Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German AZƏRTAC-a müsahibəsində deyib ki, gördüyümüz bütün işlərdə Böyük Britaniya ilə Azərbaycan arasında körpü rolunu oynamaq əsas məqsədlərdəndir.

Həmsədri olduğu Cəmiyyətin fəaliyyəti və gələcək planları haqqında məlumat verən L.German deyib ki, tədris sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, hər iki ölkədə yaşayan insanların yaradıcılıq qabiliyyətlərinin artırılması, mədəniyyətin inkişafı və bizneslə məşğul olanlara Azərbaycandakı və Britaniyadakı mədəni mühitin dərk etdirilməsi cəmiyyətimizin vacib saydığı məsələlərdir. Bütün bunlar həm də xalqlarımızı tərəqqiyə aparan amillərdir.

Lord German bildirib ki, Britaniyanın və Azərbaycanın güclü qabiliyyətə malik sənət, elm adamları var. Biz onları bir araya gətirməyə çalışırıq. Nəticədə daha yaradıcı insanların ortaya çıxmasına kömək etmiş olacağıq. Düşünürəm ki, bu, hər iki ölkənin gələcəyi, mədəniyyəti və insanları üçün vacibdir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.