ELM VƏ TƏHSİL


Görkəmli alim Ağamusa Axundovun yubileyinə həsr olunan sərgi açılıb

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli dilçi alim, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, akademik Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunan sərgi açılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, sərgidə alimin “Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr”, “Ümumi dilçilik”, “Azərbaycan dilinin fonemlər sistemi”, “Dil və ədəbiyyat”, “Riyazi dilçilik” və digər elmi əsərləri, onun haqqında yazılmış Azərbaycan, rus dillərində kitab və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi 15 gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.