MƏDƏNİYYƏT


Görkəmli bəstəkar Firəngiz Əlizadə haqqında çəkilmiş filmin təqdimatı olub

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, İttifaqın sədri, professor Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, ifaçılar tərəfindən ifası, elm və incəsənət xadimlərinin Firəngiz xanım haqqında ürək sözləri öz əksini tapıb.

Tədbirdə Firəngiz Əlizadə film haqda qısa da olsa fikirlərini bölüşüb.

Bildirilib ki, filmdə istifadə olunmuş materiallar müxtəlif illərin yaradıcılıq məhsuludur. Tanınmış musiqi xadimləri - Habil Əliyevin, Arvo Pyatın, Mstislav Rostropoviçin, Qalina Mikeladzenin, İrina Şostakoviçin və bir çox elm xadimlərinin Firəngiz xanım haqda çıxışları filmə daxil edilib.

Bəstəkarın film boyunca “Habilsayağı”, “Gitara üçün fantaziya”, “Muğamsayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion”, “İntizar” əsərlərindən fraqmentlər təqdim olunub. Bu əsərlər Almaniya, İsveçrə, Paris, Portuqaliya, Argentina, Rusiya və digər ölkələrin konsert zallarında böyük təntənə ilə səslənib.

Filmdə 2007-ci ildə bəstəkara UNESCO-nun “Sülh” artisti, 2019-cu ildə isə “Ağa Xan” mükafatlarının verilməsi anları da yer alıb.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.