MƏDƏNİYYƏT


Görkəmli bəstəkar Qara Qarayev Sabirabadda da yad olunub

Bakı, 6 fevral, AZƏRTAC

Sabirabad Regional Mədəniyyət İdarəsində Azərbaycanın dünya şöhrətli bəstəkarı, Xalq artisti, akademik Qara Qarayevin xatirəsinə həsr edilmiş “Qara Qarayev: Şərq və Qərbin vəhdəti” adlı tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri Əhməd Ramazanov görkəmli bəstəkarın Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedadlardan biri olduğunu və hələ sağlığında ölkəmizin rəmzinə çevrildiyini vurğulayıb, bəstəkarın milli musiqimizi klassik və müasir musiqi janrları ilə sintez etməklə unudulmaz əsərlər yaratdığını qeyd edib.

Sonra Sabirabad rayon Ü. Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin direktoru Ceyran Xəlilova çıxış edərək unudulmaz bəstəkarın dünya musiqisinə “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” və digər bu kimi incilər bəxş etdiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.