Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Böyük bəstəkar və görkəmli pedaqoq

Yüz illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilən Qara Qarayev tələbəsinin xatirəsində

Bakı, 17 dekabr, AZƏRTAC

Bu il ölkəmizdə görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasından 100 il ötür. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli bəstəkarın 100 illiyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir, sənətkarın xatirəsi anılır, yaradıcılığına həsr edilmiş konfranslar keçirilir, haqqında məqalələr yazılır.

AZƏRTAC bəstəkarın tələbəsi, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Elnarə Dadaşovanın əziz müəlliminə həsr etdiyi yazını oxucularla bölüşür.

Azərbaycan mədəniyyətinə səxavət, cəsarət və sədaqətlə xidmət edən bəstəkar

XX əsrdə Azərbaycan musiqi mədəniyyətində fenomenal sürətlə gedən inkişafı Qara Qarayev çox yüksək dəyərləndirirdi. Qüdrətli sənətkarın təbirincə desək, “bu, bir nəslin ömründə, müxtəlif musiqi dövrlərinin biri digərini əvəz etməsi ilə də əlaqəli idi”. Qara Qarayev musiqi mədəniyyətimizdə müşahidə etdiyi bədii hadisələri milli kadrların fəal şəkildə formalaşmasında görürdü. 

Böyük sənətkar Azərbaycan bəstəkarlarının dörd nəsli təmsil edən nümayəndələrinin eyni vaxtda yazıb-yaratmasını müsbət hal kimi qiymətləndirirdi. O, yaşlı, orta, gənc və “xoşbəxt dövr” saydığı yeniyetmə çağına qədəm qoyanların eyni dövrdə yaradıcılıqla məşğul olmasını, gözəl ənənələrin nəsildən-nəslə təbii şəkildə ötürülməsini alqışlayır və bu prosesi dəstəkləyirdi. Ustad əmin idi ki, gənclər coşqun ruh yüksəkliyi, axtarış həvəsi ilə seçilir. Onu bu qənaətə gətirən əsaslı tədris təcrübəsi idi. Belə ki, Q.Qarayev 35 ildən artıq müddətdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında ixtisas üzrə fəaliyyət göstərən dahiyanə pedaqoq idi. Apardığı kompozisiya dərslərinin kifayət qədər vaxt apardığına baxmayaraq, müəllimimiz haqlı olaraq bu əməyini yaradıcılığının ayrılmaz və vacib hissəsi kimi səciyyələndirirdi, çünki ömrü boyu Azərbaycan mədəniyyətinə səxavət, cəsarət və sədaqətlə xidmət etmişdi.

Q.Qarayev hesab edirdi ki, sənətkar mütləq müasir elmin əldə etdiyi nəticələrdən xəbərdar olmalı, zamanla həmahəng addımlamağı bacarmalıdır. O, hər hansı peşə ilə məşğul olan ən ali mütəxəssislərin belə müxtəlif elmlərin bütün nailiyyətlərini peşəkar səviyyədə mənimsəyə bilməmələrini təbii hesab edirdi. Lakin bu məziyyət onu həm də çox təəssüfləndirirdi. Analitik düşüncəyə malik filosof-bəstəkar düşünürdü ki, sənətkar müasir dünyanı dialektik şəkildə dərk etməli və bu səbəbdən də təbiətşünaslığın, fəlsəfənin və başqa elmlərin ən yeni ixtiralarını öyrənməli, onlarla maraqlanmalı, ən azı heç olmasa tanış olmalıdır. Qara Qarayev haqlı olaraq vurğulayırdı: “Bu bilgilər yaradıcılıqla məşğul olanların əsərlərində mütləq əksini tapacaq. Belə olan təqdirdə isə dolayısı ilə insanların dünyagörüşünə, mənəviyyatına mütləq müsbət təsir də edəcək!”.

Qara müəllim bəstəkarlıq peşəsinə yenicə yiyələnməyə başlayan tələbələrinə bir pedaqoq olaraq adətən belə bir sualla müraciət edərdi: “Bəstəkarlığın, musiqi sənətinin son dərəcə ağır fəaliyyət növü olmağını tam şəkildə dərk edirsinizmi? Bununla bağlı məhrumiyyətlərə hazırsınızmı? Siz nə bayram, nə bazar günlərində, nə də ki, məzuniyyətiniz zamanı dincəlməyəcəksiniz! Bütün qüvvənizi tam olaraq yazıb-yaratmağa, üzərinizdə çalışmağa sərf etməli olacaqsınız! İndi, yolun astanasında dayanarkən bu suala səmimi və düşünülmüş tərzdə cavab verin. Belə işləməyə hazır deyilsinizsə, faydalı olan başqa bir sənətə yiyələnin. Musiqi sahəsinə özünüzü tam fəda etməsəniz, uğur əldə edə bilməyəcəksiniz!”

Açığını deyim, bu sual çoxumuzu əməlli-başlı çaşdırırdı, lakin gələcək həyatımız bu məsələyə tam aydınlıq gətirdi. Özlərini bəstəkarlığa tam bağlayanlar həvəslə çalışıb öz peşələrindən zövq aldılar. Təlimdən və ixtisaslarına sədaqətlə xidmətdən yayınanları isə bəstəkarlıq da özündən uzaq saldı.

Müəllim də atadır!

Qara Qarayevin sinfində beş il tələbə, ardınca iki il assistent kimi təhsil almışam. Həmin zaman ərzində sinfimizdə fotomüxbirlər tərəfindən aparılan bütün çəkilişlərdə də Qara Əbülfəzoviç (biz ona bu cür müraciət edərdik) mənə royal arxasında, öz yanında yer verər, bu sözləri deyərdi: “Gəl, öz növbətçi yerini tut”. Bu yeri tutmaq isə, sözsüz ki, mənə son dərəcə xoş gəlirdi. Axı Qara Qarayevlə birgə foto çəkdirmək hamımızın ürəyində yaşanan ülvi bir arzu idi. Müəllimimizin bir incə xüsusiyyəti haqda da söz açmaq istəyirəm, çünki əminəm - Qara Qarayevin telepatik bacarığı güclü idi. O, çox vaxt biz tələbələrin içini oyan, lakin ucadan verilməyən, deyilməyən sualları asanca “oxuyurdu” və bu qəbildən olanlara qəfildən də cavab verirdi. O, başqası ilə çətin müqayisə edilən Qara Qarayev idi!

Təhsil aldığım illər ərzində Qara müəllimin tövsiyəsi ilə məni mütəmadi olaraq Azərbaycan televiziyasının canlı yayımlarına göndərərdilər. “Romans axşamı”, “Tələbə klubu” və s. verilişlərdə danışmaqla yanaşı, vokal əsərlərimi royalda öz müşayiətimlə canlı oxuyardım. Dərslərimizdə Qara müəllim çevik vokal ifamı, yəni təzə bəstələnmiş, fortepiano və hər hansı digər bir alət üçün nəzərdə tutulan əsərlərimi royalda özümü müşayiət edərək sürətli tempdə səslə ifadə etməyimi heyrətlə dinləyərdi. Məni mütləq vinil vala yazmaq təklifini də söyləmişdi. Bu gün də istər vokal, istərsə də instrumental əsərlərimi bəstələyərkən səsim köməyimə gəlir.

Təvazökarlıqdan kənar olan səmimi sözlərimə görə məni qınamayın. Bütün yazdıqlarım öncə müəllimimlə bağlı həqiqət olmasına görə qələmə alınıb. O zaman Qara müəllimin həssaslığı ilə bağlı yaşanan bu hadisələr mənim özümü çox təəccübləndirirdi. Onun uzaqgörənliyini, ekstrasens səviyyəli dəqiq hissiyyatını əks etdirmək üçün bu faktlar haqqında xatirələrimi bölüşməyi özümə borc bildim. Həm də Qara Qarayevin tələbələrindən hər birinin içində müəllimi ilə bağlı bir zaman yaşanmış olaylar, qurulmuş münasibətlər və bilavasitə kövrək xatirələrə çevrilən anlar çırpınır və gizli saxlancda qorunur, yaşanır, düşünürəm, hər birimizin daxilini isidir də...

Qeyd edim ki, ötən əsrin 70-ci illərində radio və televiziyanın yalnız Azərbaycan dilində gedən verilişlərinə dəvət olunurdum. 1982-ci il mayın 18-də mənə Qara Qarayevlə vidalaşdığımız ağrılı bir gündə müəllimimlə bağlı vida sözlərimi söyləməyi istədilər. Üzülürdüm... Ürək dözmürdü, səsim hayqırırdı. İçimdən keçənləri ifadə etmək necə də çətin imiş, Yarəb! Çəkilişi aparanlar mənə son dərəcə böyük etimad göstərmişdilər, çünki Qara Qarayevin tələbələri sayca çox idi, yaşca məndən böyükləri, ad-san sahibləri də aralarında kifayət qədər idi. Lakin seçim mənim üzərimdə dayandı. Ustadımın sağ ikən mikrofon qarşısına dönə-dönə müxtəlif mövzular ətrafında danışmaq üçün mənim dəvət olunmağımı tövsiyə etməsi də bu yöndə çalışan hər kəsin yadında idi. Lakin müəllimimlə bağlı matəm mövzulu çəkilişlərin payıma düşməsi, yəqin ki, o zamanlar nə onun, nə də mənim ağlıma belə gəlməzdi. Ayrılığın acısını içimə çəkmişdim. Hüzn dolu kadrlar rejissorlar və operatorlar tərəfindən Qara Qarayevlə bağlı vidalaşmanı əks etdirən sənədli filmə aşkar üzücülüklə “oturdulub”... Qəribə təsadüf nəticəsində həmin sənədli filmin titrlərində vida sözlərini deyənlər sırasında səhvən mənim əvəzimə Afaq Cəfərovanın adını yazıblar. Bəlkə dəyərli müəllimim bilirdi ki, zaman gələcək kamera qarşısında söyləyəcəyim sözlər onun özünə aid “rekviyem” olacaq? Duymuşdu? Cismani məhvi, əbədiyyətə qovuşması barədə sənədli filmin ab-havası qəribə təsadüf nəticəsində titrləri yazan “qələmi” çaşdırmışdı. Mənim müəllimimə olan bağlılığımı əks etdirən vidalaşma kadrlarına da bu işgəncə “yaraşmırdı”. Üzücü anlar idi...

O ağrılı günlərdə atam:

- “Heç mən öləndə belə sarsılmayacaqsan!” - dedi.

Mən:

- “Elə müəllim də atadır!” - deyə cavab verdim və yenə acıdım, qəhərləndim. Nə isə...

Böyük sənətkar biz tələbələrinə aşılayardı: milli çalar folklorun kor-koranə istifadəsindən yaranmır, çünki sənətkarın yalnız daxili məğzindən qaynaqlanır. Beləliklə də o, xalq musiqisindən əxz olunmuş sitatları bəstəkar tərəfindən əsərlərə daxil edilməsini kəskin qamçılayar və deyərdi: “Bəstəkarlıq peşəsində nə seriya texnikası, nə də sonata sxemləri sənətin keyfiyyətini təyin etmir. Bunu müəyyən edən sənətkarın düşüncə səviyyəsi, insanlara müraciət etmək tələbatı, maraqlı olanları üslub sarıdan parlaq bir şəkildə dinləyiciyə çatdıra bilmək bacarığı və istəyidir”.

Qara Qarayev əsərlərimizin qüsurlarına tənqidi yanaşmanı tövsiyə edirdi, çünki bəstələnmiş musiqidən razı qalmaq – birmənalı şəkildə “yerində saymaq” deməkdir. Bəstəkar kompozisiya dərslərində tez-tez özünün müəllimləri barədə də xoş sözlər danışardı. O, “Azərbaycan musiqisinin əsasları” fənnini Üzeyir Hacıbəylinin rəhbərliyi altında mənimsəməsini ehtiramla xatırlayardı. Ustadımız, həm də görkəmli rus bəstəkarı S.Taneyevin tələbəsi və onun “Ciddi üslubun hərəkətli kontrapunkt”u adlı monoqrafiyasının elmi korrektoru olmuş, yüksək erudisiyaya malik Leopold Moritseviç Rudolfun sinfində polifoniyanı, Sergey Vasilenkodan instrumentallaşdırmanın sirlərini öyrənməsi haqda danışardı. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında isə Henrix Litinskidən “Polifoniya”, Sergey Yevseyevdən “Harmoniya”, Leo Mazelin sinfində “Musiqi formasının təhlili” fənnini mənimsəməsi barədə rəğbət və minnətdarlıqla söhbət açardı.

Qara müəllimin diqqətini çəkən bir incəliyə də nəzər yetirək. Hər incəsənət növünün, o cümlədən musiqi sənətinin leksikasında “yaradıcılıq fərdiliyi”, “üslub orijinallığı” anlayışları geniş şərh olunur. Q.Qarayev bununla bağlı dəfələrlə belə bir fikir ifadə edib: “Bu anlayışları, hətta özünü tam realizə etmiş bəstəkarlara birmənalı şəkildə şamil etmək mümkün deyil. Çünki belə sənətkarların musiqisində çoxşaxəli, çoxsimalı, mürəkkəb, bəzən isə ziddiyyətli məqamlar uzlaşdırılır. Bəs konservatoriyaya yenicə qədəm basmış tələbənin yazdıqlarını dəqiq qiymətləndirmək və barəsində qəti bir fikir söyləmək necə? Axı belə gəncin portfelində yalnız bir neçə kiçikhəcmli bəstələr var, onun üstünlük verdiyi seçim çox vaxt təsadüfi olur. Bu anlarda kompozisiya fənnini aparan ixtisas müəlliminin qarşısında yaranan ən ümdə vəzifə son dərəcə yüksək diqqət və həssaslıqla, xırda, gözə görünməyən detal və cizgilərdə, gələcək bəstəkarın musiqi təbiətini mümkün qədər dəqiq təyin etmək kimi çətin və taleyüklü bir vəzifə durur”. Bütün sadalananları Qara Qarayev ilk öncə müəllim üçün əsl sınaq sayırdı.

Qara Qarayev öz məktəbini yaratdı, qəlbimizdə və musiqi tariximizdə

Analitik düşüncəyə malik pedaqoq Qara Qarayev haqlı olaraq vurğulayırdı ki, yaradıcılıq meyillərinin gələcək bəstəkarların daxilində formalaşması bilavasitə bu məsələlərin təlim-tədris prosesinin digər vacib komponentlərindən də təcrid olunmasına görə baş verir. Sirr deyil ki, tələbə öz aləmində zənn etdiyi ikinci dərəcəli, lakin əslində vacib olan fənləri bəzən anladığı təsnifat səviyyəsində şərh edir. Lakin tədris prosesini idarə edənlər tərəfindən bu məsələni başlı-başına tələbənin ümidinə buraxmaq kimi addımları da Qara müəllim sadəlövhlük sayırdı. Dahi pedaqoq tələbələrin “yetkinlik” dövrünə daha tez gəlib çıxa bilmələrini yalnız düzgün, yanlışlığa uğramadan sərrast təyin edilən tədris prosesinin inandırıcı qurulmasında görürdü. O, haqlı olaraq hesab edirdi ki, bəstəkarlıq fakültəsində bir sıra şərtsiz, hökmən keçilməli vacib olan nəzəri fənlər mövcuddur. Lakin təlimə yeni başlamış tələbə nəzəri biliklərin dəyərini lazımi qədər qiymətləndirə bilməməsi səbəbindən özünün gələcək inkişaf yolunu bəsitləşdirir və bununla da bilavasitə “yarımçıq” peşəkarlığı rahat çıxış yolu kimi qəbul edir. Q.Qarayev ilk baxışda birbaşa yaradıcılıq texnikasına aid olmayan fəlsəfə, estetika və s. bu kimi kursların zəif keçilməsinə qarşı da kəskin çıxış edirdi. Onun fikrincə, tələbəni əsas bilgilərlə təchiz edən fənn müəllimləri yuxarıda sözügedən dərsləri bilavasitə bəstəkarlıqla məşğul olan tələbələrin yaradıcılığı ilə əlaqələndirməlidir. Gənc bəstəkarların dünya görüşlərinin dərin qatlarının formalaşmasına tədris vasitəsilə təsir göstərilməlidir. 

Qara Qarayevin sinfində müxtəlif xasiyyətli gənclər oxuyurdu. Çətin “islah” olunan tələbələr bir pedaqoq kimi onun marağını daha çox özünə çəkirdi. Çünki belə gənclərlə iş prosesi qurmaq ondan güclü səbir və səy tələb edirdi. İçində yaradıcılıq yanğısı olmayan tələbələr isə Q.Qarayevə sönük təsir bağışlayırdı.

Ustadımızın təklif etdiyi və arxalandığı metod ondan ibarət idi ki, pedaqoq tələbəni inandırmaq və düzgün istiqamətləndirməkdən ötrü öncə fortepianonun arxasına keçməli, ifa etdiyi “canlı musiqi” ilə sənətin estetik qanunlarına, musiqi-nəzəri fənlərin müvafiq bölmələrinə təlim keçənin diqqətini yönəltməlidir. Dünya musiqi xəzinəsindən kifayət qədər sanballı misalları canlı, ətraflı təhlil edərək, inandırıcı bir şəkildə biz tələbələrinə göstərməyi isə tam təfərrüatı ilə bacarırdı.

Qara Qarayev konservatoriyanın tədris proqramında da dəyişikliklərin aparılmasını çox vacib sayırdı. Onun fikrincə, məzun olacaq tələbə-bəstəkar çox güman ki, gələcəkdə həm də kino, dramatik teatr, radio və televiziyada işləyəcək. İxtisasca bəstəkar olan hər kəs isə sadalanan bu sahələr üçün də musiqi yazmağı mütləq bacarmalıdır. Tədris illərində isə yaradıcılığın bütün qeyd olunan qolları səbəbsiz olaraq diqqətdən kənar qalır. Həyatın kəskin tələbi isə bu münasibətin dəyişilməsini tələb edir.

Qara müəllim caz orkestr heyəti üçün orkestrləmə və aranjeman fənlərinin ya konservatoriya proqramına salınmasını, yaxud qeyri-məcburi, yəni fakültativ keçirilməsini müntəzəm şəkildə gündəmə gətirirdi. Bütün vurğulanan fikirlərin tədrisə salınmasını ona görə vacib sayırdı ki, bəzən yaradıcılıqla məşğul olan tələbə müəyyən müddət müxtəlif səbəblərdən öz niyyət və meyillərini düzgün təyin etməkdə çox acizdir.

Qara Qarayev öz tələbə - həmkarlarını dərin bilikli və savadlı, vicdanlı olmağa dəvət edirdi. O, sanki bu günümüzü görürmüş kimi, əsərə epiqraf yazanları, təmtəraqlı ad qoyanları haqlı olaraq tənbeh edir, belə yanaşmanı konyunkturaçılıq sayırdı. Çünki müəyyən ideya və mövzu dinləyiciyə yalnız musiqinin ifadəli vasitələri ilə yüksək səviyyədə çatdırılmalıdır.

Beləliklə, Qara Qarayevin fikrincə, konservatoriya illərində ixtisas müəllimi ilə tələbənin yanaşı keçdikləri yol heç bir halda dinc, yaxud da hamar adlana bilməz. Onu bu qənaətə gətirən öz pedaqoji təcrübəsi idi.

Bəstəkarlıq kafedrasının müəllimlərini adətən eyni bir qayğı düşündürür - əxlaqi-etik məsuliyyətin yüksək səviyyəli həddə olması. Bununla əlaqədar Q.Qarayevin bir pedaqoq kimi yorulmadan vurğuladığı bir fikrini xatırlatmaq istərdim: “Kompozisiya üzrə ali məktəbi bitirən insan yaradıcılığında həyatın nəbzini tutmağı bacarmalı və əks etdirə bilməlidir”.

Ömrünün son, ağrılı illərində belə Qara müəllim gələcək bəstəkar nəslinin təlimini düşünərək alman dilindən ruscaya iki dərslik tərcümə etdi. Bu, XX əsrin sayılıb-seçilən bəstəkarı Ernst Krenek və musiqişünas Herbert Eymertin dəyərli kitabları idi. Vacib saydığı digər dərsliyi tərcümə etmək üçün isə hətta polyak dilini öyrənmişdi. Beləliklə də Qara Qarayev Boquslav Şefferin “Dodekafoniyanın klassikləri” dərsliyini də rus dilinə çevirdi. Qayğıkeş müəllimimin bu əlyazmaları Rusiyanın Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fondunda qorunub saxlanır.

Hərdən ürəkağrısı ilə düşünürəm: bəlkə müəllimimiz tələbələrinə bu qədər səxavətlə vaxt ayırmasaydı, ictimai işlərlə mütəmadi məşğul olmasaydı, nəzərdə tutduğu bir çox əsərlərini tamamlaya bilərdi? Bununla da yazmaq istədiyi “Hamlet”, “Otello”, “Leyli və Məcnun” baletlərini, fortepiano ilə violonçel aləti üçün konsertlərini də bəşər musiqi mədəniyyətinə bəxş edərdi? Amma əfsus... O özünü heç qorumadı! Bu haqda düşünmürdü də.... Amma Qara Qarayev öz məktəbini yaratdı, qəlbimizdə və musiqi tarixində bənzərsiz sənətkar və pedaqoq kimi qaldı, çox sevdiyi Bakı şəhərində dəfn olundu, narahat ürəyi isə əbədiyyətə qovuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib