MƏDƏNİYYƏT


Görkəmli bəstəkarın xatirəsi yad edilib

Bakı, 24 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində istedadlı bəstəkar Asəf Zeynallının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz iz qoyub. Musiqi tariximizdə ilk romans janrının yaranması onun adı ilə bağlıdır. O, həmçinin Cəfər Cabbarlının “Sevil”, “Qayıdış” və bir sıra başqa tamaşalara musiqi bəstələyib. Görkəmli bəstəkar “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. O, həmçinin bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.

Daha sonra şagirdlərin ifasında bəstəkarın əsərləri səsləndirilib, həyatından bəhs edən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.