ELM VƏ TƏHSİL


Görkəmli coğrafiyaşünas alimin xatirəsi anılıb

Bakı, 11 iyun, AZƏRTAC

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi bu elmi müəssisəyə rəhbərlik etmiş görkəmli coğrafiyaşünas alim, tanınmış okeanoloq, Dövlət mükafatı laureatı, akademik Ramiz Məmmədovun məzarını ziyarət edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, anım mərasimində coğrafiya elmləri doktorları Əmir Əliyev, Rəna Qaşqay, Səid Səfərov, coğrafiya üzrə fəlsəfə doktorları Tahirə Salmanova, Ziyafət Ağayev, Elnur Səfərov, institutun Qadınlar şurasının sədri Luiza Salayeva və əməkdaş Rəna Əliyeva görkəmli alimin elmi nailiyyətlərindən, şəxsi keyfiyyətlərindən söhbət açıblar. Bildirilib ki, Ramiz Məmmədov həyatının böyük bir hissəsini Xəzər dənizinin tədqiqinə həsr edib. O, təkcə Vətənində deyil, xaricdə də görkəmli okeanoloq kimi tanınıb, landşaft planlaşdırılması işində yeni məktəb yaradıb, iqlim dəyişmələri, səhralaşma, içməli su problemləri üzrə mütəxəssis kimi coğrafiya elminin inkişafında böyük xidmətlər göstərib. Novator alim elmi yeniliklərə, yeni texnologiyaların coğrafiyada tətbiqinə həmişə böyük yer ayırıb. Gənclərin elmdə inkişafı üçün onlara dəstək göstərməklə yanaşı, həm də bir nümunə olub. Rəhbərlik etdiyi institutda səmimi, mehriban, işgüzar bir mühit yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.