CƏMİYYƏT


Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür

Bakı, 24 sentyabr, AZƏRTAC

Gələn ilin yanvarında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək. Bu münasibətlə institutda hazırıq işlərinə başlanılıb.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, konfrans materiallarının məcmuəsi dərc olunacaq. Məcmuədə nəşr olunması üçün Azərbaycan, rus və ya ingilis dillərində məqalə və tezislər dekabrın 1-dək qəbul edilir. Məqalələrin həcmi üç, tezislərin həcmi isə bir səhifədən çox olmamalıdır: Məqalə və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında və məqalələrin xülasəsi ilə birgə təqdim edilməlidir.

Əlaqə nömrəsi (+99412) 4310182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.