Görkəmli dövlət xadimi Heydər Əliyev xalqımızın xilaskarıdır
AzerTAg.az
Bakı, 12 dekabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabana axın edir. On altı il ötməsinə baxmayaraq, hər kəs Ümummilli Liderin xatirəsini dərin hüznlə yad edir, ruhuna ehtiramını bildirir. Hər kəs çox yaxşı bilir ki, bugünkü müstəqil Azərbaycan onun uğurlu siyasətinin nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 12-də Fəxri xiyabana gələn İsmayıllı rayon sakini Firdovsi Həsənov deyib.
F.Həsənov, həmçinin bildirib: “Ölkəmizin çətin zamanlarında imdada yetişən, Azərbaycanı xaosdan, parçalanmaqdan xilas edən, xalqımızın xilaskarı olan şəxs məhz Heydər Əliyev olub. Heydər Əliyevin hakimiyyəti illərində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycanda tərəqqi dövrü başladı, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş müşahidə olundu. Dahi liderin siyasəti ən doğru və işıqlı gələcəyə ümid verən siyasətdir. Hazırda onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə tanınır, dünya ölkələri arasında özünəməxsus yer tutur”.

Xəbərin mətnində orfoqrafik səhv var