CƏMİYYƏT


Görkəmli dövlət xadimi Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edilib

Bakı, 11 may, AZƏRTAC

Serbiya və Rumıniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Belqrad və Buxarest şəhərindəki abidələri ziyarət edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirdə Belqrad və Buxarest şəhərlərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Rumıniya Azərbaycanlıları Birliyinin üzvləri, Azərbaycanın bu ölkələrdəki səfirliklərinin, “Azvirt” şirkətinin Serbiyadakı və SOCAR-ın Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Ziyarət zamanı ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və abidənin önünə əklil qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.