MƏDƏNİYYƏT


Görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi qeyd edilib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzi Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 7 saylı filialı ilə birlikdə görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin bədii rəhbəri Tərlan Məlikzadə çıxış edərək görkəmli yazıçının zəngin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.

Tədbirdə yazıçının “Od gəlini”, Solğun çiçəklər” pyeslərindən fraqmentlər və dahi dramaturqun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Həmçinin 124 nömrəli tam orta məktəbin şagirdləri ədibin “Ölkəm” və “Ana” şeirlərini söyləyiblər, “Almaz” pyesindən səhnələr göstəriblər.

Sonda 124 nömrəli tam orta məktəbin şagirdləri fəal iştiraklarına görə fəxri fərmanla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.