Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Görkəmli dramaturqun sənədlərdə yaşayan zəngin irsi

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyindən reportaj

Bakı, 22 iyun, Məmməd Məmmədli, AZƏRTAC

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair, yazıçı, dramaturq, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlı qısa ömür yaşasa da, olduqca məhsuldar bir yaradıcılıq yolu keçib. Ədəbiyyata öz mövzuları ilə gələn görkəmli sənətkar yaradıcılığa şeirlə başlayıb. Həmin dövrdə bir sıra qəzet və jurnallarda (“Həqiqəti-Əfkar”, “Məktəb”, “Qurtuluş”) “Bahar”, “Boranlı qış gecəsi”, “Dilənçi”, “Novruz bayramına hazırlaşan müsəlmanlara töhfə” kimi əsərlərində özünün müşahidələri əsasında xalqın yoxsul, acınacaqlı həyatını qələmə alıb.

Cəfər Cabbarlı yaşadığı qısa ömründə yaratdığı əsərləri ilə mənsub olduğu millətin ədəbi düşüncəsinə fikir və söz xəzinəsinə güclü təsir göstərdi. Bu səbəbdən də onun irsi xalqın milli-ədəbi varidatı sırasında bütün zamanların sərvəti statusunu almış oldu.

Onun yaradıcılığı ilə tanış olanda adam inana bilmir ki, Cəfər Cabbarlı cəmi 34 il ömür sürüb. Sənətkarın qısa bir vaxtda ədəbiyyat, mədəniyyət tariximizə həcmcə, həm də keyfiyyətlə bəxş etdiyi çoxlu sayda şeirlər, hekayələr, pyeslər, tərcümə və dram əsərlərinə nəzər salanda heyrətlənməmək olmur. Düşünürsən ki, yazıçı bu qədər sürətlə yazıb-yaratdığı əsərləri çox qısa bir ömrə necə sığışdırıb. Halbuki, bir ədəbiyyat adamının ərsəyə gətirdiyi bu həcmdə işləri bitkin bir ömrə - 70-80 illik bir zamana da sığışdırmaq mümkün deyil.

C.Cabbarlının həyat və yaradıcılığı ilə hələ orta məktəb illərindən tanış idim, sonralar da teatrda bir neçə dram əsərlərinə tamaşa etmişdim. Ancaq bilirdim ki, yazıçının keçdiyi həyat yolunun bilmədiyim məqamları var. Onun haqqında daha çox bilgilərə malik olmağa daxili bir ehtiyacım yarandı. İki-üç gün əvvəl bu düşüncələrlə yolumu Cəfər Cabbarlının irsini qoruyub saxlayan Azərbaycan Dövlət Teatr Muzeyindən saldım. Muzeylə tanış olmaq, Cabbarlı haqqında təsəvvürümü dolğunlaşdırmaqdan ötrü muzeyin direktoru Sevinc Mikayılova ilə söhbətləşməyi məqsədəuyğun sandım.

Böyük ədəbi şəxsiyyət, yaratdığı əsərlərlə ölməzlik qazanmış Cəfər Cabbarlı haqqında bilmək istədiklərim heç də təsadüfi deyildi. Belə ki, keçən il ölkə başçısının müvafiq Sərəncamı ilə Cəfər Cabbarlının 120 illiyi çoxsaylı silsilə tədbirlərlə qeyd olundu. Bu böyük ədəbin adını daşıyan Teatr muzeyi də Cəfər Cabbarlının timsalında bütövlükdə 147 illik bir tarixi özündə yaşadan teatr sənətimizə xidmət edir. Sənətkarın xatirəsinin əbədiləşdirildiyi bu muzeyin fəaliyyəti ilə yaxından tanış olarkən bir daha əmin oldum ki, Cəfər Cabbarlı irsi hələ çox tədqiq ediləcək, öyrəniləcək və gələcək nəslə təqdim olunacaq.

Muzeyə daxil oluram, gəlişim barədə əvvəlcədən xəbər verdiyimdən Sevinc xanım məni gözləyir. Həmsöhbət oluruq. Görürəm ki, böyük sənətkarın həyat və yaradıcılığı haqqında bilmədiyim nə qədər məlumatlar varmış. Eşidib-bildiklərim təəssüratımı çox zənginləşdirdi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova ilə söhbətimi AZƏRTAC-ın oxucuları ilə bölüşürəm.

-Sevinc xanım, bu muzey necə təşkil olundu, hansı şəraitdə yaradıldı?

-Azərbaycan Dövlət Teatr Muzeyinin ilk eksponatları hələ 1926-cı ildən etibarən toplanır və sərgilənirdi. Belə ki, teatr həvəskarı olan Ağakərim Şərifov ötən əsrin 20-ci illərindən başlayaraq, milli teatrımıza dair sənədlərin itib-batmaması, gələcək üçün mühafizə olunması barədə düşünür və Teatr muzeyi yaratmaq arzusu ilə yaşayırdı. Buna görə də o, Bakı Türk İşçi Teatrında çalışdığı vaxtdan bəri aktyorlardan, habelə müxtəlif adamlardan əlinə düşən foto və sənədləri yığıb saxlamışdı da... İş belə gətirir ki, 1923-cü ildə Bakıda ilk Teatr Texnikumu yaradılır və Ağakərim Şərifov bu sənət məktəbində pedaqoq kimi çalışır. 1926-cı ildə isə texnikumun ilk məzunlarını Moskvaya gəzintiyə aparır... Bakıya dönən kimi Azərbaycanda Teatr Muzeyinin yaradılması təşəbbüsü ilə qapıları döyür... və nə yaxşı ki, sonuna qədər gedir... Nəticədə səhnə sənətimizin çox maraqlı və özünəməxsus tarixçəsinin əbədiləşdiyi bugünkü ünvanı yaradır... Beləliklə, az bir vaxtda keçmiş Tağıyev Teatrının binasında yerləşən Dram Teatrının foyesində (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yerləşdiyi bina) ilk sərgi qurulur. Bu təşəbbüs çox bəyənilir və onun daimi muzeyin yaradılması ilə bağlı ideyası dəstəklənir.

1927-ci ilin noyabr ayında isə Xalq Maarif Komissarlığının Teatr Muzeyinin yaradılması ilə bağlı qərarı əsasında Dram teatrının foyesində açılış mərasimi keçirilir. Dövrün ziyalıları bu hadisəni qeyd etmək üçün bir araya toplaşırlar. Muzeyin açılış lentini kəsmək Əbdürrəhim bəy Haqverdiyevə nəsib olur və o: - "Yaşasın Azərbaycan teatrı!" - nidaları altında qonaqları sərgiyə dəvət edir. Daha sonra muzey bir müddət teatr şöbəsi kimi, Dövlət Muzeyinin (indiki Milli Tarix Muzeyi) tərkibinə daxil edilir. Həmin müddətdə də teatra aid materialların toplanması işi davam etdirilir.

1934-cü il Azərbaycan Xalq Maarif Komissarlığı Teatr Muzeyinin yenidən yaradılması və ona Dövlət statusu verilməsi barədə qərar çıxarır. Həmin ilin noyabr ayının 25-də muzeyin təntənəli açılışı olur. Öz profilinə görə Yaxın Şərqdə və Zaqafqaziyada yeganə olan Teatr muzeyi tam gücü ilə fəaliyyətə başlayır. 1935-ci ildən isə görkəmli dramaturq Cəfər Cabbarlının vaxtsız vəfatı və Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətləri nəzərə alınaraq adının əbədiləşdirilməsi məqsədilə muzeyə ədibin adı verilir.

- Cəfər Cabbarlının yaradıcılığını tədqiqatçılarımız üç dövrə ayırırlar. Bu dövrlərin hər biri də böyük ədəbi-bədii nümunələrlə zəngindir. Oxucularımız üçün, ələlxüsus da Cabbarlı yaradıcılığı ilə elə də yaxından tanış olmayan gənclərimizə sənətkarın ədəbi irsindən qısaca bəhs etməyiniz məqsədəuyğun olardı...

-Bu gün muzeyimizdə Cəfər Cabbarlıya həsr olunmuş ekspozisiyanın yaradılması tam təbii bir haldır. Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi töhfələrinə, səhnə sənətimizin inkişafında göstərdiyi xidmətlərinə görə təkrarsız şəxsiyyətdir, fenomendir. O elə bir sənətkardır ki, muzeyə gələnədək onun haqqında hamı heç olmasa nə isə eşitmiş olur, nə isə bilmiş olur. Onun adı hər bir azərbaycanlının evində böyük ehtiram və sevgi ilə çəkilir. Cabbarlı muzeyimizdə yalnız bir yazıçı-dramaturq kimi tanıdılmır, onun öz dövrünün əsl ziyalısı kimi teatrda, kinoda və digər sahələrdə göstərdiyi danılmaz xidmətləri barədə də ziyarətçilərimizə məlumat vermək, onları bilgiləndirmək üçün muzeyimizdə xeyli eksponatımız sərgilənir.

Yaradıcılığa çox erkən, 12 yaşından poeziya ilə başlayan Cabbarlının “Ana”, “Ey dan ulduzu!”, “Mənim tanrım”, “Ölkəm” kimi bir çox şeirlərini bu gün də xalq əzbər bilir. Öz qəhrəmanlarına bəstələdiyi bir sıra mahnıları bu gün də məşhur müğənnilərimizin repertuarında, adi insanların zümzüməsində yaşayır. Qadın azadlığı, insan ləyaqəti, cəhalətə etiraz, ana dilimizin qorunması, xalqımızın savadlanması onun yaradıcılığının əsas leytmotivini təşkil edir və demək olar ki, bütün zamanlarda aktualdır.

Məlumdur ki, Azərbaycan kinosuna milli kadrların gətirilməsi Cəfər Cabbarlının adı ilə bağlıdır. 1928-ci ildə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərinin motivləri əsasında çəkilən eyniadlı filmin ssenarisini Cabbarlı yazıb və bununla da o, Azərbaycanın ilk milli kino ssenaristi adını qazanıb. Onun ssenarisi əsasında çəkilən “Sevil”, “Almas” filmləri də bu gün kinomuzun qızıl fonduna daxildir. Cabbarlı “Sevil” filminin ikinci rejissoru kimi də tarixdə qalıb. Məşhur bəstəkar R.M.Qliyerin “Şahsənəm” operasının librettosu da Cabbarlıya aiddir. Cəfər Cabbarlının U.Şekspirdən, F.Şillerdən L.Tolstoydan, P.Bomarşedən etdiyi tərcümələr də öz növbəsində istər peşəkar teatrın repertuarını zənginləşdirmək, istər Azərbaycan tamaşaçısını Avropa və rus ədəbiyyatı ilə tanış etmək, istərsə də tərcüməçilik sənəti baxımından olduqca təqdirəlayiqdir.

Cabbarlının Azərbaycanda Xalq Cümhuriyyətinin mövcud olduğu və süqutundan sonrakı dövründə ictimai-siyasi xadim kimi də fəaliyyəti haqda müəyyən həqiqətləri bilirik. Cabbarlı vətənpərvər, millətini sevən bir vətəndaş olub. Xalqının istiqbalı uğrunda hər bir sahədə çarpışıb.

-Muzeydə ümumi olaraq hansı sənədlər, ekspozisiyalar nümayiş olunur?

-Ekspozisiyamızda Teatr muzeyinin zəngin fond materialları və ədibin ev-muzeyinə məxsus eksponatlar nümayiş olunur ki, onların dili ilə biz Cabbarlının həyat və yaradıcılığının bütün mərhələlərini ümumi bir şəkildə əks etdirməyə çalışmışıq və deyərdim ki, buna nail olmuşuq da. Zalda əyani olaraq göstərilən sənədlər, əlyazmalar, fotolar, eskizlər, memorial əşyalar və sairə ilə yanaşı, yeni texnologiyalar əsasında qurulmuş interaktiv lövhələr və bölmələr hamıda maraq doğurur.

-Xalqını böyük məhəbbətlə sevən və onun tərəqqisinə çalışan C.Cabbarlıya bəslənilən ehtiramı necə dəyərləndirirsiniz?

-Bir qədər əvvəldə söylədiklərimiz Cəfər Cabbarlının vətəninə və xalqına olan böyük sevgisindən, sədaqətindən, canyanğısından xəbər verir. Cabbarlının yaradıcılığına bələd olanlar da, onun irsini bu muzeydən tanıyıb öyrənənlər də sonda bu dahi insanın böyük şəxsiyyət, əsl vətəndaş, sözün həqiqi mənasında - El oğlu olduğunu bir daha dərindən dərk edirlər.

-Maraq doğuran məsələlərdən biri də sənətkarın şəxsi arxivi ilə bağlıdır. Zəhmət olmasa, bu barədə oxucularımıza məlumatları verərdiniz?

-Qeyd edim ki, bir çox görkəmli sənətkarlarla birgə Cabbarlının da şəxsi arxivinin böyük bir hissəsi uzun illərdir Teatr muzeyində qorunur. Bu arxiv materialları həm peşəkar teatrımızın müxtəlif dövrlərinin, həm də Cabbarlı irsinin tədqiqi üçün olduqca maraqlı və əhəmiyyətli faktlarla zəngindir. Cəfər Cabbarlı ilə bağlı bu günə qədər yazılmış irili-xırdalı bütün tədqiqat əsərlərinin mənbəyində onun şəxsi arxivi və fondumuzda olan digər tarixi sənədlər durur.

Maraq üçün deyim ki, muzeyimizdə dramaturqun şəxsi sənədləri, məktubları ilə yanaşı, “Dönüş”, “Aydın” pyeslərinin və bir adsız romanının, həmçinin Lev Tolstoyun “Hacı Murad” əsərinin tərcüməsinin əlyazması, əsərləri əsasında hazırlanmış tamaşalardan fotolar, proqram və afişalar toplanıb. Bu eksponatlar vaxtaşırı olaraq ekspozisiyamızda, səyyar sərgilərimizdə, sosial şəbəkələrimizdəki paylaşmalarımızda, istərsə də dövri mətbuatda ictimaiyyətə təqdim olunur.

-C.Cabbarlı zəngin yaradıcılıq təfəkkürünə, fitri istedad və qabiliyyətə malik olan sənətkar idi. O, hələ yaşadığı zamanında ədəbiyyat, mədəniyyət xadimlərinin arasında fərqlənirdi. Böyük yaradıcı potensiala malik olan C.Cabbarlının şəxsiyyətinə olan marağı siz bu gün necə dəyərləndirərdiniz?

- Cabbarlının əsərlərində bu gün üçün də aktual olan məqamlara rast gəlmək mümkündür. Onun qəhrəmanları bu gün də aramızda yaşayır. O, əsl mənada klassikdir və deməli həm də müasirdir. Bu baxımdan onun əsərlərinin yeni qatlarda tədqiq olunmasına və təbliğinə zərurət var. Çünki, Cabbarlının əsərləri bütün dövrlərdə maarifçiliyə xidmət etmişdir, bu gün də həmin statusdadır.

-Bu gün Cabbarlı ədəbi irsinin tədqiqi, araşdırılması sahəsində hansı alimlərin əsərlərindən bəhrələnirsiniz?

-Muzeyimizdə toplanmış tarixi faktlar tədqiqatçılarımız üçün çox böyük əhəmiyyət kəsb edib. Lakin Cabbarlı haqqında bütün məlumatlar yalnız Teatr muzeyində toplanmadığı üçün alimlərimiz Cabbarlının ev-muzeyində, Əlyazmalar İnstitutunda və digər arxivlərdə də araşdırmalar aparıblar. Bu gün əlimizdə olan tədqiqat əsərləri bir neçə arxivdə aparılan axtarışın bəhrəsidir. O səbəbdən də biz lazımi faktların üzə çıxarılmış olduğu hər yazıya həssaslıqla yanaşırıq. Lakin etiraf etməliyəm ki, Cabbarlı haqqında vaxtilə müasirləri tərəfindən söylənilmiş və dərc olunmuş xatirələr onun portretini hərtərəfli görmək və cızmaq üçün daha koloritlidir, hərçənd ki, xatirələrə də həmişə söykənmək olmur.

- Teatr muzeyinin beynəlxalq əlaqələri hansı səviyyədədir?

- Muzeyimiz son illər bir sıra dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə səyyar fotosərgilərlə iştirak edərək peşəkar teatr tariximizin təbliği ilə məşğul olub. Dediklərimizə misal olaraq I, II, III Beynəlxalq Teatr Konfranslarını, “Cırtdan” I, II Beynəlxalq Kukla Teatrlarının Festivallarını, Şəkidə keçirilən I Beynəlxalq Teatr Festivalını göstərmək olar.

Muzey tərəfindən, həmçinin xarici müəssisə və təşkilatlara, o cümlədən Azərbaycanın Özbəkistandakı və Qırğızıstandakı səfirliklərinə, Gürcüstanın Tbilisi şəhərində Mirzə Fətəli Axundzadənin ev-muzeyinə, Los-Ancelesin Koliforniya Ədəbiyyat Universitetinə, Xarkov İncəsənət Muzeyinə, B.Q.Belinski adına Sverdlovsk Universal Elmi Kitabxanasına, Rusiya Dövlət İncəsənət Kitabxanasına, Moskvada nəşr olunan “Baku” jurnalına, Taqanroq Diyarşünaslıq Muzeyinə ölkəmizdə yaşayıb-yaratmış müxtəlif mənşəli sənət adamları haqqında fond materiallar ilə də kömək göstərilmişdir. Bu kimi təşkilatlarla qurulmuş əməkdaşlıq əlaqələri bu gün də davam etdirilir...

Muzeyin direktoru Sevinc Mikayılovadan ayrılarkən xatırladım ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Bu, ədəbi şəxsiyyətə, çoxcəhətli tarixi hadisələri yaradıcılığında əks etdirən sənətkara göstərilən münasibətin, verilən dəyərin bariz nümunəsidir. Bu da bir həqiqətdir ki, muzeylər bizə maddi-mənəvi abidələrimizi tanıdan, mənəvi rahatlıq gətirən bir maarifçi məkandır. Burada insanlar böyük bir tarixin izini, sözünü, səsini yaşadan zamanı duyur, öyrənir və qiymətləndirir. Cəmi 34 il yaşamış Cəfər Cabbarlı bütün həyatını Azərbaycan ədəbiyyatı, mədəniyyətinin inkişafına, ümumən xalqın gözünün açılması və yetişməsinə həsr etmişdir. Bu mənada sənətkar bu gün də, sabah da əsərləri ilə tarixin yaddaşında var olacaq.

Qeyd edək ki, yazı ciddi karantin rejimindən əvvəl hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib