ELM VƏ TƏHSİL


Görkəmli epiqraf alim Məşədixanım Nemətovanın xatirəsi anılacaq

Bakı, 7 yanvar, AZƏRTAC 

Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində görkəmli epiqraf alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın xatirəsinə həsr olunan “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı tədbir keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, M.Nemətovanın 95 illiyinə həsr olunan anım tədbirində görkəmli alimin Azərbaycan tarixinin öyrənilməsindəki xidmətlərindən söz açılacaq.

Məşədixanım Nemətova epiqrafikanı bir fənn kimi də Azərbaycanda yaradıb. Onun işi təkcə epiqrafik abidələrin aşkar edilməsi, toplanması, tərcümə edilməsi və çap olunmasından ibarət deyil. Alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunan epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. O, 1948-ci ildən başlayaraq, Azərbaycanın tarixi ərazilərini gəzib, 2500-dən çox yazını oxuyub, külli miqdarda yeni və dəqiq faktlarla Azərbaycan tarixşünaslığını zənginləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.