Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyi Şəkidə təntənə ilə qeyd olunub VİDEO

Şəki, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki torpağı çox istedadlı insanlar yetişdirib, Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük sənətkarlar bəxş edib. Belə sənətkarlardan biri də kinorejissor Rasim Ocaqovdur. O, nəinki Azərbaycanın, eləcə də keçmiş Sovetlər Birliyinin kino mədəniyyəti tarixində özünəməxsus yeri olan çox istedadlı kinorejissor olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi münasibətilə noyabrın 24-də Şəki şəhərində keçirilən yubiley tədbirində səsləndirilib.

Tədbirdə şəhər rəhbərliyi, sənətkarın ailə üzvləri, sənət dostları, respublikanın tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə kinorejissorun həyat və yaradıcılığından bəhs edən foto-ekspozisiya ilə tanış olublar. Kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər, filmlərində rol almış aktyorların yaratdıqları obrazlar, çəkiliş meydançalarından görüntülər və digər fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Yubiley tədbirinin əvvəlində Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyinin qeyd olunmasının şəhərin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib. Qeyd olunub ki, Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələni təşkil edir. Böyük sənətkar çəkdiyi maraqlı kinofilmlərdə novator metodlardan bacarıqla istifadə edib. Kino sənətinin zəngin imkanlarının üzə çıxarılmasında Rasim Ocaqovun böyük əməyi olub. Onun filmləri fəal vətəndaş mövqeyi və müasirliyi ilə seçilir. Rasim Ocaqov ekran həyatı verdiyi bədii və sənədli filmləri ilə kino tariximizə parlaq səhifələr yazıb. Böyük sənət əsərləri olan bu filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olub.

Vurğulanıb ki, Rasim Ocaqovun yaradıcılığında Şəki mövzusu xüsusi yer tutur. O, doğulduğu yerə qəlbən bağlı idi. Bir sıra filmlərində yaratdığı şəkili obrazı ilə burada yaşayan insanlara xas olan xüsusiyyətləri mahir bir sənətkar kimi canlandıra bilmişdi.

Bildirilib ki, görkəmli kinorejissorun xatirəsi anadan olduğu Şəki şəhərində daim əziz tutulur. Şəkidə onun yaşadığı evə xatirə lövhəsi vurulub, “Güyümlər” meydanında barelyefi qoyulub. Şəhərin küçələrindən biri bu böyük sənətkarın adını daşıyır. Yubiley tədbirləri çərçivəsində bu gün açılışı olan Şəki Uşaq Gənclər İnkişaf Mərkəzinə Rasim Ocaqovun adı verilib. Mərkəzin nəzdində fəaliyyət göstərəcək uşaq kino-foto studiyası uşaqların bu yaradıcı sahəyə marağının artmasına öz töhfəsini verəcək.

Rasim Ocaqovla bağlı xatirələrini bölüşən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Dövlət mükafatları laureatı, Xalq artisti Şəfiqə Məmmədova deyib: “Azərbaycan milli kinomuzda elə bil ayrıca kino adası var - Rasim Ocaqovun kinosu. Mən özümü çox xoşbəxt insan sayıram ki, o kinoya aidəm və orada varam. Mən Rasim Ocaqovun ən məşhur, ən uğurlu filmlərində çəkilmişəm. Biz o uğurları bir yerdə yaşadıq. O dövrlər mənim də taleyimin, həyatımın ən gözəl, ən bəxtəvər günləri idi. Rasim Ocaqov çox şərəfli, çox mənalı bir ömür yaşadı. Heç nədə gözü yox idi, filmləri idi onun varlığı. O, bu varlığı Azərbaycan xalqına miras qoyub getdi. Rasim Ocaqov kinonun nəbzi, həyatı idi və Azərbaycan kinosuna ömrünü həsr etdi. Azərbaycan kinosu da, onun çəkdiyi filmlər də Rasim Ocaqovu həmişə yaşadacaq”.

Tədbirdə Rasim Ocaqovun bir çox filmlərində rol almış Xalq artistləri Hacı İsmayılov və Fəxrəddin Manafov çıxış edərək görkəmli kinorejissorla bağlı xatirələrini bölüşüblər.

Sonra Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında keçirilən “Şəki, mən səni sevirəm” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. “Ən yaxşı bədii film” nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları”, “Ən yaxşı sənədli film” nominasiyasında isə Zamin Məmmədovun “Şəbəkə” filmi qalib olub. Foto nominasiyasında isə Nigar Pirimovanın “Qədim Şəki” fotosu mükafat qazanıb.

Müsabiqə çərçivəsində münsiflər heyətinin xüsusi mükafatına “Sənədli film” nominasiyasında Tacəddin Quliyevin “Şəki, mən səni sevirəm”, Rəşad Qasımovun “Rasim Ocaqov zirvəsi” filmləri, foto üzrə isə Azər Cəfərovun “Şəkinin uşaqları” fotosu layiq görülüb.

Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyi Şəkidə təntənə ilə qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib