Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Görkəmli neftçi-alim və dəyərli azərbaycanlı – Rəşid Cavanşir

Görkəmli neftçi-alim və dəyərli azərbaycanlı – Rəşid Cavanşir

İyulun 17-də BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ilk azərbaycanlı regional prezidenti olmuş Rəşid Cavanşirin 70 yaşı tamam olur

Bakı, 15 iyul, AZƏRTAC

Qarabağın məşhur Cavanşirlər nəsli Azərbaycan xalqına onlarla adlı-sanlı sərkərdə, şair, yazıçı və musiqi xadimi bəxş edib. Qarabağ xanlığının yaradıcısı, Şuşa qalasının əsasını qoymuş Pənahəli xan, Əbülfət xan Tuti, Əhməd bəy Cavanşir, Cəfərqulu xan Nəva, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Xan Şuşinski, Əfsər Cavanşirov, Rəşid ağa Cavanşir, general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Zaur Cavanşir və Azərbaycanın mənəvi dəyərinə çevrilən neçə-neçə dəyərli insan bu soyun ən qüdrətli və parlaq nümayəndələridir.

İyulun 17-də 70 yaşı tamam olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, görkəmli neftçi-alim, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ilk azərbaycanlı regional prezidenti olmuş Rəşid Cavanşir də bu nəslin övladıdır. Rəşid müəllim harada oxumasından və işləməsindən asılı olmayaraq, Cavanşir soyadına böyük hörmət və məsuliyyətlə yanaşıb. Sovet rejimində ən mötəbər auditoriyalarda belə özünü Cavanşirlər nəslinin nümayəndəsi kimi qürurla təqdim edib. Düzlüyü, sadəliyi və halal yaşamağı özünə amal seçən Rəşid müəllimi heç bir maneə və çətinlik əqidəsindən döndərə bilməyib. İşlədiyi xarici ölkələrdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycanı daim qəlbində daşıyıb. İstər təhsil illərində, istərsə də xidməti fəaliyyəti ərzində bir çox ilklərə imza atıb. Şərəfli ömür və əmək yolu keçmiş Rəşid Cavanşirin xidmətləri bir çox yüksək mükafatlara layiq görülüb. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ildə şəxsən təqdim etdiyi “Şöhrət” ordeni onun üçün daha əzizdir. İnamla söyləmək olar ki, ömrünün 70 illik zirvəsinə ucalmış Rəşid Cavanşir ulu babaları kimi adını xalqın yaddaşına yaza bilib. Bunu onun zəngin tərcümeyi-halı da deyir.

AZƏRTAC görkəmli neftçi-alim Rəşid Cavanşirin həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Rəşid Cavanşir 1951-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. Paytaxtın 23 saylı orta məktəbini qızıl medalla, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini isə “Lenin” təqaüdü ilə bitirib. Hamıya müyəssər olmayan tələbə həyatı yaşayıb. Təhsil illərində institutun ictimai həyatında fəal tələbə kimi tanınıb, Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Kremldə SSRİ rəhbərlərinin qarşısında Azərbaycan tələbələrinin adından çıxış etmək də məhz ona həvalə olunub. Daha sonra tələbəlik illərində Berlində keçirilən gənclər festivalında Rəşid Cavanşir Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb.

Göründüyü kimi, o dövr üçün dəbdə olan partiya və komsomol işlərində çalışmaq imkanı olsa da, elm sahəsini seçib. Həyatını elmə bağlayan Rəşid Cavanşir Moskvanın ciddi maneələrinə baxmayaraq, “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi metodikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib. O, əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb. 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiyyətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb.

Beynəlxalq səviyyədə biznes rəhbərliyi və idarəçiliyi üzrə ixtisaslaşmış Rəşid Cavanşir ABŞ-ın tanınmış Dyuk və Rays universitetlərinin və Harvard Biznes Məktəbinin biznesə icraçı rəhbərlik üçün nəzərdə tutulmuş proqramlarını bitirib. Elmi nailiyyətləri ilə diqqət çəkən Rəşid Cavanşir 1995-ci ildə “Amoko” şirkətindən iş təklifi alıb. O, şirkətin Xəzər üzrə geoloji kəşfiyyat koordinatoru vəzifəsinə təyin olunub və bu vəzifəni Bakıda icra edib. Heydər Əliyevin neft strategiyasından səmərəli şəkildə bəhrələnən professor Rəşid Cavanşir bir azərbaycanlı kimi dünya iqtisadiyyatında ən mühüm yerlərdən birini tutan neft sənayesi sahəsində bir çox ilklərə imza atıb.

“Amoko” şirkəti onu 1997-ci ildə Amerika Birləşmiş Ştatlarına, Hyustona Ümumdünya kəşfiyyat və planlaşdırma şöbəsinə göndərib. Göndəriş yüksək iş məhsuldarlığı və dərin bilgilərə malik olan azərbaycanlı alimin təcrübəsini artırmaq, zənginləşdirmək məqsədi daşıyıb. Şirkət Rəşid Cavanşiri 1998-ci ildə yenidən Bakıya qaytarıb. O, Xəzər üzrə kəşfiyyat sahəsinə direktor vəzifəsinə təyin olunub. Həmin ərəfədə pay bölgüsü kontraktları zamanı “Amoko”nun operatoru olduğu “İnam” Əməliyyat Şirkəti yaradılanda şirkətə prezident seçkiləri zamanı “Amoko” rəhbərliyi Rəşid Cavanşirə də namizədliyini irəli sürməyi təklif edib. Rəşid müəllim bu məsul vəzifəni icra edə biləcəyinə şübhə etməyib, amma bu şirkətə bir azərbaycanlı olaraq prezident təyin olunmasını real saymayıb. Amma fikirlərində yanılıb. Bir həftədən sonra namizədlərin müzakirəsi başa çatdıqda Rəşid Cavanşirə yüksək etimad göstərilərək “İnam” Əməliyyat Şirkətinə prezident təyin olunduğu bildirilib. Rəşid Cavanşir ilk azərbaycanlı alim və mütəxəssis olaraq belə bir şirkətin prezidenti vəzifəsinə təyinat alıb. Bu, Azərbaycan elminin böyük nailiyyəti idi.

Bu təyinatdan bir ay sonra BP və “Amoko” şirkətlərinin birləşməsi nəticəsində kadr dəyişiklikləri başlananda Rəşid Cavanşirə “Amoko-İnam”, “BP-Şahdəniz, “BP-Araz-Alov-Şərq” Əməliyyat şirkətlərinə rəhbərlik etmək təklif olunur. Belə bir təyinat xarici mütəxəssisləri də təəccübləndirib. Məhz bu təyinatla Rəşid Cavanşir hansı gücə, elmi potensiala malik olduğunu növbəti dəfə sübut edib.

Rəşid Cavanşirin rəhbərliyi ilə 1999-cu ildə nəhəng “Şahdəniz” qaz yatağı aşkar olunub. Sonrakı illərdə Rəşid Cavanşir ilk tarixi Türkiyə qaz satış müqaviləsi ilə bağlı danışıqlarda bilavasitə iştirak edib.

O, 2002-ci ildə Londonda BP şirkətinin mərkəzi ofisində strategiya şöbəsinə menecer vəzifəsinə göndərilib. Fəaliyyət coğrafiyası daha geniş olan bu şöbədə işləməklə və işgüzarlıq nümayiş etdirməklə azərbaycanlı alimin BP ailəsində nüfuzu daha da artıb. Şirkət rəhbərliyi 2003-cü ildə Rəşid müəllimi ən ağır sahənin olduğu Şotlandiyaya ezam edib. O, BP-nin Şimal dənizinin cənub hissəsinə rəhbərlik edib. Rəşid müəllim üçün bu dövr sınaq dövrü sayılıb. Belə ki, bu vəzifə kabinetdən daha çox dənizdə, platformalarda olmağı tələb edib. Şotlandiyadakı üçillik fəaliyyətindən sonra BP rəhbərliyi professor Rəşid Cavanşiri “hər yerdə işləməyi bacaran mütəxəssis” kimi xarakterizə edib.

Bakı-Tbilisi-Ceyhan layihəsinin icrası başa çatdıqdan sonra Rəşid Cavanşir BP rəhbərliyi tərəfindən bu şirkətin ilk baş icraçı direktoru təyin edilib. Eyni zamanda, o, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin baş meneceri olub. 2009-cu ildə Rəşid Cavanşir ilk azərbaycanlı olaraq BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti təyin olunub.

Rəşid Cavanşir 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə birgə Ankarada imzalanmış Anlaşma Memorandumunun danışıqlarında iştirak edib. 2011-ci ilin İzmir anlaşmalarında Rəşid müəllim tranzit müqaviləsinə imza atıb.

2010-cu ildə BP ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü ilə bağlı saziş imzalanıb. Sazişi BP şirkəti tərəfindən Rəşid Cavanşir, respublikamız tərəfindən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev imzalayıblar. Beləliklə, tarixdə ilk dəfə möhtəşəm bir sənədi hər iki tərəfdən azərbaycanlılar imzalayıblar.

Professor Rəşid Cavanşir 2012-ci ilə qədər BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti vəzifəsini daşıyıb. O, 2012-ci ildə BP-də daha yüksək vəzifəyə irəli çəkilərək Böyük Britaniyanın BP neft şirkətinin Strategiya və inteqrasiya üzrə baş vitse-prezidenti təyin edilib.

Rəşid Cavanşir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti vəzifəsində olduğu kimi, “Amoko Caspian Si” şirkətinin axtarış-kəşfiyyat işləri üzrə direktoru, “Amoko İnam Əməliyyat” Şirkətinin prezidenti, BP-nin əməliyyatçısı olduğu 3 müqavilənin – “Şahdəniz”, “İnam” və “Araz-Alov-Şərq” üzrə Hasilatın Pay Bölgüsü Sazişlərinin prezidenti, Londondakı Qlobal Biznes Mərkəzində BP Qrupu Strategiyasının İşlənməsi üzrə rəhbər, Aberdində (Şotlandiya) BP-nin Şimal dənizinin cənub hissəsindəki əməliyyatları üzrə vitse-prezidenti, “BTC Ko” şirkətinin prezidenti, “BP Azerbaijan” şirkətinin qurudakı əməliyyatları üzrə vitse-prezidenti kimi vəzifələrdə Azərbaycan üçün sərfəli olacaq müqavilələrin imzalanmasına bütün varlığı ilə çalışıb.

Rəşid müəllim bir çox elmi şuraların, cəmiyyətlərin, dünyada tanınmış elmi redaksiyaların üzvüdür. O, 1989-cu ildə ABŞ-da, Hollandiyada nəşr olunan iki beynəlxalq jurnalın redaksiya heyətinə dəvət olunub və tarixdə ilk dəfə Azərbaycan elmini orada təmsil edib. 230 elmi əsərin, 8 monoqrafiyanın, 12 müəlliflik şəhadətnaməsi və patentin müəllifi, AMEA-nın müxbir üzvü olan Rəşid Cavanşir, həm də 1993-cü ildən başlayaraq bir müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer haqqında elmlər üzrə ilk ekspert Şurasında təmsil olunub. Elmi yaradıcılığı, xidməti vəzifəsi ilə yanaşı, Rəşid müəllim dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında mühazirələr oxuyub, neft hasilatı sahəsindəki təcrübəsini gənc mütəxəssislərlə bölüşüb.

Bütün bunlar 70 yaşlı Rəşid müəllimin ömür kitabının ən qiymətli səhifələridir. Sevdiyi işlə məşğul olmaq və özünəinam hissi onun bütün uğurlarının etibarlı qarantı olub. Rəşid Cavanşirin 70 yaşına xoşbəxtliyin yaşı da demək olar. 70 yaşın zirvəsində dayanıb Zəfər yolunun zirvəsində - Cıdır düzündə “Xarıbülbül” festivalını izləmək ən böyük xoşbəxtlik və bəxtiyarlıqdır. İnanırıq ki, Rəşid Cavanşir ömür kitabına yeni-yeni səhifələr əlavə edəcək. AZƏRTAC-ın kollektivi Rəşid müəllimi – böyük ağıl və ürək sahibini yubileyi münasibətilə təbrik edir, ona elmi və xidməti fəaliyyətində uğurlar arzulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO