CƏMİYYƏT


Görkəmli oftalmoloqun anadan olmasının 94-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə ənənəvi qanvermə aksiyası keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aksiyada rayon rəhbərləri, bələdiyyə və ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər. Aksiya çərçivəsində nəcib təşəbbüsə qoşulanlar görkəmli alimin xalq qarşısındakı xidmətlərini xatırlayaraq insanlara həyat işığı bəxş edən həkimin, nəcib və xeyirxah insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası həyata keçirdiyi qanvermə tədbirində 350-dən çox rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.