MƏDƏNİYYƏT


Görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun 90 illiyi qeyd ediləcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Dövlət Akademik Filarmoniyasında Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyi münasibətilə tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yubiley tədbirləri çərçivəsində təşkil olunacaq gecədə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə məşhur solistlər çıxış edəcəklər.

Qeyd edək ki, Lütfiyar İmanov dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Sənətkar səs imkanlarından məharətlə yararlanaraq obrazların mənəvi dünyasını dolğunluqla yaratmağa müvəffəq olub.

Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.

Görkəmli opera müğənnisinin anadan olmasının 90 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.