MƏDƏNİYYƏT


Görkəmli rəssam Nazim Məmmədovun 85 illik yubileyi münasibətilə vorkşop təşkil olunacaq

Bakı, 21 may, AZƏRTAC

Unudulmaz rəssam və rejissor Nazim Məmmədovun 85 illik yubileyi münasibətilə silsilə tədbirlərin təşkili nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 25-dən etibarən şənbə və bazar günləri “HEART” layihəsi çərçivəsində “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya Nazirliyinin təşkilatçılığı ilə iyunun 2-dək çəlləklər üzərində vorkşop təşkil olunacaq.

Vorkşop zamanı Nazim Məmmədovun yaratdığı animasiya filmlərinin (“Tülkü həccə gedir”, “Şah və xidmətçi”, “Toplan və kölgəsi”, “Cırtdanın yeni sərgüzəştləri”, “Şahzadə qara qızıl”, “Göyçək Fatma”) personajları və süjetləri əks olunacaq.

Vorkşopda rəssamlar Eldar Babazadə, Nuray Allahverdiyeva, Leyla Orucova, Mətanət Niftəliyeva, Kamila Muradova, Röya Həsənova və Teymur Qəribov iştirak edəcək.

Qeyd edək ki, Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Kollecini, 1961-ci ildə isə Moskvada “Soyuzmultfilm”də animasiya kursunu bitirib. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında animator, 1970-ci ildən isə rejissor işləyib. O, həmçinin rəngkarlıqla məşğul olub, 400 dən artıq uşaq kitabına illüstrasiyalar çəkib. Nazim Məmmədov filmlərdə, kinooçerk və kinojurnallarda animator işləyib. O, 1988-ci ildə respublikada ilk dəfə beş hissəli “Göyçək Fatma” cizgi film-operasını yaradıb.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.