MƏDƏNİYYƏT


Görkəmli rəssamın həyat yolu və yaradıcılığı yeni əsərdə

Bakı, 15 dekabr, AZƏRTAC

Səttar Bəhlulzadənin ev-muzeyində Məhbubə Hacıyevanın “Fələklər yandı ahimdən...” romanının təqdimatı keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadəyə həsr edilmiş kitabın təqdimat mərasimində sənət adamları, sənətşünaslar, jurnalistlər iştirak ediblər.

Ev-muzeyinin direktoru İradə Abdinova deyib ki, bu təqdimat mərasimi rəssamın 105 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamıdır. O, yeni kitabı S.Bəhlulzadə şəxsiyyətinə, sənətkarlığına olan hörmət və marağın nəticəsi kimi dəyərləndirib. Bildirib ki, belə əsərlər gənclərə həm S.Bəhlulzadə sənətini, həm də ümumilikdə Azərbaycan incəsənətini daha yaxından tanımağa təkan verəcəkdir.

Kitabın yazılmasının çoxdankı arzusu olduğunu söyləyən Məhbubə Hacıyeva əsərin əsas qayəsi, məzmunu haqqında ətraflı məlumat verib. Romanda rəssamın həyatı, yaradıcılığı, yaşadığı Əmircan qəsəbəsinin tarixi bədii formada təsvir olunub.

Tədbirdə çıxış edən digər natiqlər S.Bəhlulzadə haqqında xatirələrini və romanla bağlı fikirlərini bölüşüblər.

Sonra qonaqlar ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.