MƏDƏNİYYƏT


Görkəmli şairin 130 illiyi ilə əlaqədar “Məlumat saatı” keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “Məlumat saatı” keçiriblər.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edən və onun fəal üzvlərindən olan Ə.Cavadın ömrünü doğma xalqının azadlıq və istiqlalına həsr etdiyi vurğulanıb.

“Məlumat saatı”nın iştirakçıları mövzu ilə əlaqədar kitablarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.