ELM VƏ TƏHSİL


Görkəmli şərqşünas alim Aida İmanquliyevanın yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Təhsil müəssisəsində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan şagird elmi-praktik konfransı keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinin ürəklərdə əbədi yaşadığını, əsərlərinin hər zaman aktual olduğunu, tədqiq edildiyini, tərcümə olunduğunu və yenidən işıq üzü gördüyünü vurğulayıblar. Qeyd edilib ki, yaradıcılığında əsasən ərəb məhcər ədəbiyyatını tədqiq və təhlil edən Aida xanım bu sahədə qazandığı uğurları ilə şərqşünaslıq elminə bir sıra yeniliklər gətirib. Bu uğurlar Şərq və Qərb mədəniyyətləri arasında dialoqun yaradılmasına xidmət edib.

“Şagirdlər tanıdır” layihəsi çərçivəsində məktəblərin “Kiçik akademiya” üzvləri görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlarını nümayiş etdiriblər.

Konfransda görkəmli şərqşünasın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

“Şagirdlər tanıdır” layihəsi çərçivəsində təşkil olunan konfransda BŞTİ-nin əməkdaşları, 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.