ELM VƏ TƏHSİL
Görkəmli şəxsiyyət Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində müstəsna rolu olub
Bakı, 26 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsində “Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsindəki rolu” mövzusunda magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin zəngin həyat və fəaliyyətindən, dövlət idarəçiliyindəki rolundan danışıb.
Fakültənin magistrantları Ayşən İbrahimovanın “Əziz Əliyev Qafqazın görkəmli ictimai-siyasi xadimidir”, Nurlan Qasımlının “Əziz Əliyevin Dağıstan rəhbərliyi dövrü”, Jalə Məmmədovanın “Əziz Əliyevin siyasi portreti”, Nigar Əliyevanın “Azərbaycanda multikulturalizm” mövzularında məruzələri dinlənilib.
Məruzəçilər görkəmli şəxsiyyət Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən, doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib.