MƏDƏNİYYƏT
Görkəmli tarzənin 70 illiyi qeyd olunacaq
Bakı, 15 aprel, AZƏRTAC
Mayın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış tarzən, Xalq Artisti, “Şöhrət” ordenli Ramiz Quliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş “Səslən tarım” adlı tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Konsertdə yubilyarın özü ilə yanaşı, respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]