ELM VƏ TƏHSİL


Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş elmi konfrans

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş “Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummilli idealın vəhdəti” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, institutda praktikada olan Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə birlikdə keçirilən elmi konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb.

Ölkəmizdə ədəbiyyata daim xüsusi önəm verildiyini qeyd edən akademik İ.Həbibbəyli görkəmli yazıçı Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışıb, ölməz əsərləri ilə bağlı fikirlərini bildirib.

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayeva elmi konfransın universitet tələbələrinin həyatında silinməz iz buraxacağını diqqətə çatdırıb.

İnstitutun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı” mövzusunda məruzəsi dinlənilib.

Sonra ADU-nun filologiya və jurnalistika fakültəsinin IV kurs tələbələri Nəzrin Pirəlisoy “Cəlil Məmmədquluzadə əsərlərinin dil xüsusiyyətləri”, Bahar Ağasıyeva “Cəlil Məmmədquluzadə əsərlərində cəhalətlə mübarizə”, Aygün Səmədli “Cəlil Məmmədquluzadənin publisistikası”, Gülzar Tahirova “Cəlil Məmmədquluzadə yaradıcılığında qadın azadlığı problemi”, Nərmin Abdullayeva “Anamın kitabı” əsərində azərbaycançılıq idealı”, Aygün Məmmədova “Cəlil Məmmədquluzadə yaradıcılığında xurafatın tənqidi”, Nərmin Bəkirzadə “Danabaş kəndinin əhvalatları” əsərinin mövzusu və ideyası”, Turanxanım Cəfərli “Cəlil Məmmədquluzadə hekayələrində bədii tipikləşmə”, Nərmin Süleymanlı “Usta Zeynal” hekayəsinin ideya-bədii xüsusiyyətləri”, Fidan Qaraşlı “Poçt qutusu” hekayəsində kiçik adam və böyük ideal” mövzularında çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.