ELM VƏ TƏHSİL


Görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illik yubileyi Bakı məktəblərində qeyd olunur

Bakı, 29 noyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, məktəblərin pedaqoji kollektivi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və valideynlərin iştirak etdiyi tədbirlərdə şagirdlər Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı əsasında hazırlanmış tamaşaları səhnələşdirirlər.

Tədbirlərdə çıxış edənlər Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük şəxsiyyətdir.

Həyatını elmin və ədəbiyyatımızın inkişafina sərf edən böyük şəxsiyyətin xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı bir daha diqqətə çatdırılır.

Qeyd edək ki, ümumtəhsil müəssisələrində əsərin müxtəlif parçalarından ibarət səhnələr nümayiş olunduqdan sonra hazır tamaşalar əsasında final tədbirin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.