REGİONLAR
Görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb
Gəncə, 30 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin anım günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, AYB-nin Gəncə bölməsinin məsləhətçisi şairə Aləmzar Əlizadə, GDU-nun müəllimi, şair Bayram Apoyev, AMEA-nın Gəncə bölməsinin əməkdaşı, fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AYB-nin üzvü Qərib Mehdi, “Beynəlxalq Rəsul Rza mükafatçısı” İnqilab İsaq ədibin həyat və fəaliyyətindən, yaradıcılığından, keçdiyi ömür yolundan danışaraq, Mir Cəlal Paşayevlə bağlı xoş xatirələrini bölüşüblər.
Gəncə şəhər 2 və 4 nömrəli uşaq musiqi məktəbinin müəllimləri Türkan Aslanova, Elməddin Qulamov və Sadiq Əlizadənin ifasında Azərbaycan xalq mahnıları səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]