ELM VƏ TƏHSİL
Görülən işlərin nəticəsi olaraq ölkəmizdə təhsilin keyfiyyətinin daha da yüksələcəyinə inanıram
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakı Atatürk Liseyi, demək olar ki, müstəqilliyimizlə həmyaşıddır. Bu liseyin milli dəyərlərin önəmsənilməsində müstəsna rolu var. Burada yetişdirilən gənc nəsil milli ruhda tərbiyə olunur, onlarda vətənpərvərlik hissi aşılanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 17-də liseydə “Bilik günü” münasibətilə keçirilən tədbirdə iştirak edən valideyn Sədaqət Paşayeva deyib.
“Təhsil dövlətin əsas sütunlarındandır. Cəmiyyəti təhsilsiz təsəvvür etmək mümkün deyil. Hazırda ölkəmizdə təhsil sistemi inkişaf edir. Yeni məktəb binaları istifadəyə verilir, müəyyən islahatlar aparılır, ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir. Hətta ucqar kəndlərdə də yeni orta təhsil müəssisələri tikilir. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də məktəb zənginin səsini eşitmək ayrı bir hissdir. Arzu edirəm ki, erməni vandallarının zəbt etdiyi digər səfalı bölgələrimiz də tezliklə işğaldan azad olunsun, orada da məktəbə ilk dəfə qədəm basan balacaların gülüş səsləri eşidilsin. Görülən işlərin nəticəsi olaraq ölkəmizdə təhsilin keyfiyyətinin daha da yüksələcəyinə inanıram”, - deyə S.Paşayeva qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]