ELM VƏ TƏHSİL


“Göyçay folklor örnəkləri” kitabı çapdan çıxıb

“Göyçay folklor örnəkləri” kitabı çapdan çıxıb

Bakı, 14 mart, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Göyçay folklor örnəkləri” (I kitab) işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, topluya Göyçay bölgəsindən toplamış folklor nümunələri – mifoloji mətnlər, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, inanclar, etnoqrafik bilgilər, Novruz mərasimləri və s. daxil edilib. Kitabda sözlük, söyləyici və toplayıcılar haqqında məlumat da yer alıb. Qeyd edək ki, topluda təqdim edilən nümunələrin mənbəyini oxuculara çatdırmaq məqsədilə ayrıca kodlaşmadan istifadə olunub.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan 296 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyev, materialları toplayıb tərtib edənlər isə filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimova və elmi işçi Vüsal Abiyevdir.

Kitabı folklor araşdırıcıları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.