REGİONLAR


Göyçay heyvandarları məhsul istehsalında artıma nail olublar

Göyçay, 8 sentyabr, AZƏRTAC

Göyçay heyvandarları cari ilin səkkiz ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıqlaması ilə yerinə yetirilib.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin səkkiz ayında diri çəkidə 5242,6 ton ət istehsal olunub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 95,5 ton çoxdur. Habelə süd istehsalı 53,9 ton artaraq 14 min 175,5 tona, yumurta istehsalı 884 min ədəd çoxalaraq 15 milyon 402 min ədəd, yun istehsalı isə 4,3 ton artaraq 107,4 min tona çatıb.

Qeyd edək ki, hazırda rayonda 36 min 287 baş iribuynuzlu, 60 min 243 baş qoyun-keçi və 390 milyon 760 başdan çox quş bəslənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.