REGİONLAR


Göyçay məktəblisi: Ekskursiyamız çox maraqlı keçir

Şəki, 24 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiyasına Göyçay rayonundan qatılmışam. Ekskursiyamız olduqca maraqlı keçir. Dünən Qəbələdə yerləşən zooparkda olduq, Nohur gölünə ekskursiya etdik. Bu gün isə qədim Şəki diyarındayıq. Şəki xanlarının sarayı, Dairəvi Məbəd və muzeylərlə tanışlıq məndə çox zəngin təəssürat yaradıb. Mən burada olduğumuz yerlər haqqında əvvəllər kitablardan, müxtəlif informasiya vasitələrindən müəyyən məlumatlar əldə etmişdim. İndi isə bütün bunları əyani şəkildə gördükdən sonra təsəvvürüm, məlumatım daha da artdı”.

Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Göyçay şəhər 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Fidan Rüstəmli Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Azərbaycan gənci olmağından qürur duyduğunu vurğulayan Göyçay məktəblisi onlara belə gözəl layihə bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.