CƏMİYYƏT


Göyçay rayon sakinindən üç kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb

Bakı, 22 oktyabr, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayonun Qaraxıdır kənd sakini Cavad Nəsirov yaxalanıb.

Onun yaşadığı evə və həyətyanı sahədə yerləşən yardımçı tikiliyə keçirilən baxış zamanı çəkisi 3 kiloqram 260 qram olan marixuana, eləcə də iki ədəd qurudulmuş vəziyyətdə çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.